
ANAMA-nın avtobusu Laçında qəzaya uğrayıb
2023-cü il 16 sentyabr tarixində Laçın rayonu ərazisində Azərbaycan Minatəmizləmə Agentliyinə (ANAMA) məxsus avtobus qəzaya uğrayıb.
ANAMA-dan “Poliqon”a verilən məlumata görə, avtobusda olan Agentliyin 3 nəfər əməkdaşı yüngül xəsarətlər alıb.
Xəsarət alan şəxslər yaxınlıqdakı xəstəxanaya təxliyyə ediliblər.
Xəsarət alan şəxslərin vəziyyəti stabildir. Həyatları üçün təhlükə yoxdur.
CATEGORIES Xəbərlər