Xəbərlər

ANAMA ötən həftə ərzində aparılan əməliyyatlar barədə məlumat yayıb

İşğaldan azad edilmiş ərazilərin Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Tərtər, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılır.

2021-ci il aprel ayının 19-dan 24-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 907 800 m2 (90.8 ha) ərazi yoxlanılıb, 82 ədəd piyada və 18 ədəd tank əleyhinə mina, 79 ədəd partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib.

uhwey3s198x16kp

Poliqon.az

Back to top button