Xəbərlər
ANAMA ötən həftə ərzində aparılan əməliyyatlar barədə məlumat yayıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.
ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Tərtər, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılır.
2021-ci il mayın 3-dən 8-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 922 816 m2 (93 ha) ərazi yoxlanılıb, 23 ədəd piyada və 12 ədəd tank əleyhinə mina, 104 ədəd partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib.





