Xəbərlər
ANAMA ötən həftə ərzində aparılan əməliyyatlar barədə məlumat yayıb

İşğaldan azad edilmiş ərazilərin Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.
ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Tərtər rayonları və Şuşa şəhəri ərazisində aparılır.
2021-ci il aprel ayının 5-dən 10-na qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 607 170 m2 (60.7 ha) ərazi yoxlanılıb, 90 ədəd piyada və 47 ədəd tank əleyhinə mina, 435 ədəd partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib.





