Xəbərlər
ANAMA ötən həftə 260 ədəd mina və 42 ədəd PHS zərərsizləşdirib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.
ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Tərtər, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılır.
2021-ci il mayın 31-dən iyunun 5-ə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 1 590 892 m2 (159 ha) ərazi yoxlanılıb, 224 ədəd piyada və 36 ədəd tank əleyhinə mina, 42 ədəd partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib.





