Xəbərlər

ANAMA ötən ay 525 ədəd mina və 503 ədəd PHS zərərsizləşdirib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin  mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Tərtər, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılır.

2021-ci il avqustun 1-dən 31-ə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 6 340 966 m2 (634 ha) ərazi yoxlanılıb, 455 ədəd piyada və 70 ədəd tank əleyhinə mina, 503 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

anama

Back to top button