ANAMA ötən ay 6687 hektardan çox ərazini mina və PHS-lərdən təmizləyib

ANAMA ötən ay 6687 hektardan çox ərazini mina və PHS-lərdən təmizləyib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Kəlbəcər, Tərtər, Ağdam, Xocalı, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Şuşa ərazisində aparılıb.

2023-ci il oktyabrın 1-dən 31-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 6687.4 ha ərazi yoxlanılıb, 767 ədəd piyada və 928 ədəd tank əleyhinə mina, 8537 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

CATEGORIES