Xəbərlər

ANAMA ötən ay azad olunmuş ərazilərdə 492 ədəd mina zərərsizləşdirib

Azərbaycanın Minatəmizləmə Agentliyi (ANAMA) 2021-ci oktyabr ayı ərzində işğaldan azad edilmiş ərazilərdə aparılmış mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənmə əməliyyatları barədə məlumat yayıb.

Minatəmizləmə Agentliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, ötən ay ərzində minatəmizləmə əməliyyatları Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Tərtər, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılıb.

2021-ci il oktyabrın 1-dən oktyabrın 31-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 4 082 430 m2 (408 ha) ərazi yoxlanılıb, 338 ədəd piyada və 154 ədəd tank əleyhinə mina, 1389 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

anama

Poliqon.az

Back to top button