Xəbərlər

ANAMA ötən ay azad olunmuş ərazilərdə 512 ədəd mina zərərsizləşdirib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin  mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Tərtər, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılır.

2021-ci il sentyabrın 1-dən oktyabrın 2-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 9 615 389 m2 (962 ha) ərazi yoxlanılıb, 429 ədəd piyada və 83 ədəd tank əleyhinə mina, 533 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

anama

Poliqon.az

Back to top button