Xəbərlər
ANAMA ötən həftə 108 ədəd mina və 107 ədəd PHS zərərsizləşdirib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.
ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Tərtər, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılır.
2021-ci il avqustun 23-dən 28-ə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 1 797 597 m2 (179 ha) ərazi yoxlanılıb, 77 ədəd piyada və 31 ədəd tank əleyhinə mina, 107 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.





