Xəbərlər

ANAMA ötən həftə 149 ədəd mina, 109 ədəd PHS zərərsizləşdirib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin  mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Tərtər, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılır.

2021-ci il sentyabrın 6-dan sentyabrın 11-ə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 2933 504 m2 (293 ha) ərazi yoxlanılıb, 119 ədəd piyada və 30 ədəd tank əleyhinə mina, 109 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

anama 2

Poliqon.az

Back to top button