Xəbərlər

ANAMA ötən həftə 183 ədəd mina və 112 ədəd PHS zərərsizləşdirib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin  mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Tərtər, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılır.

2021-ci il avqustun 2-dən 7-ə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 1 273 934 m2 (127 ha) ərazi yoxlanılıb, 180 ədəd piyada və 3 ədəd tank əleyhinə mina, 112 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

anama

Poliqon.az

Back to top button