ANAMA ötən həftə 185 hektar ərazini minadan təmizləyib

ANAMA ötən həftə 185 hektar ərazini minadan təmizləyib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin  mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

Minatəmizləmə Agentliyindən “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Tərtər, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılır.

2021-ci il sentyabrın 20-dən sentyabrın 25-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 1 856 117 m2 (185 ha) ərazi yoxlanılıb, 72 ədəd piyada və 6 ədəd tank əleyhinə mina, 121 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş