Xəbərlər

ANAMA ötən həftə 189 hektar ərazini minadan təmizləyib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin  mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

Minatəmizləmə Agentliyindən “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Tərtər, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılır.

2021-ci il oktyabrın 4-dən oktyabrın 9-na qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 1 888 701 m2 (189 ha) ərazi yoxlanılıb, 28 ədəd piyada və 2 ədəd tank əleyhinə mina, 35 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

anama 1

Poliqon.az

Back to top button