Xəbərlər

ANAMA ötən həftə 69 ədəd mina və 108 ədəd PHS zərərsizləşdirib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin  mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Tərtər, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılır.

2021-ci il iyulun 14-dən 19-a qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 1 435 427 m2 (143 ha) ərazi yoxlanılıb, 54 ədəd piyada və 15 ədəd tank əleyhinə mina, 108 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

anama

Poliqon.az

Back to top button