Xəbərlər
ANAMA ötən həftə azad olunmuş ərazilərdə 63 ədəd mina zərərsizləşdirib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.
ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Tərtər, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılır.
2021-ci il sentyabrın 13-dən sentyabrın 18-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 3239 323 m2 (324 ha) ərazi yoxlanılıb, 59 ədəd piyada və 4 ədəd tank əleyhinə mina, 85 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.





