ANAMA sədri ilə Britaniya səfiri minatəmizləmə əməliyyatlarını müzakirə ediblər

ANAMA sədri ilə Britaniya səfiri minatəmizləmə əməliyyatlarını müzakirə ediblər

2021-ci il 19 oktyabr tarixində Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Ceyms Şarp ilə görüşüb.

Minatəmizləmə Agentliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, işğaldan azad edilmiş ərazilərdə ANAMA tərəfindən həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları, eləcə də qarşıya qoyulmuş prioritetlərə əsasən planlaşdırılmış fəaliyyət barədə məlumat verilib.

“Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə” Proqramına Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi, mina qurbanlarının sayının azaldılması və humanitar minatəmizləmə sahəsində gələcəkdə birgə əməkdaşlıq üzrə fikir mübadiləsi aparılıb.

Poliqon.az

CATEGORIES
TAGS