Xəbərlər

ANAMA təhlükəsizlik qaydalarına dair təlim keçib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən “Avtomobil Yollarının Mühafizə Xidməti”, “Aqro İnkişaf” və “AzVirt” MMC-nin işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən regional şöbələrin əməkdaşları üçün Təlimçilərin Təlimi Proqramı üzrə Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) təlimi keçirilib.

Minatəmizləmə Agentliyindən “Poliqon”a verilən məlumata görə, təlimdə müəssisələrin müxtəlif bölgələrdən olan 18 nümayəndəsi iştirak edib.

İştirakçılara təhlükəli ərazilərin əlamətləri, tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları, təhlükəsizlik nişanlarını əks etdirən təqdimat və müxtəlif növ partlayıcı sursat nümunələri nümayiş etdirilib. Təqdimatdan sonra testlər üzrə qısa imtahan keçirilib. Sonda iştirakçılara təlimat kitabçası, sertifikat və PSTM təbliğat materialları olan poster və bukletlər təqdim olunub.

Həmçinin, “Azəravtoyol” ASC-nin tabeliyində olan müxtəlif müəssisələrin 37 nəfər Texniki təhlükəsizlik və Əməyin mühafizəsi üzrə mütəxəssislərinə ANAMA-nın Göygöl Regional Təlim Mərkəzində mina və partlayıcı sursatların təhlükəsinə dair “Təlimçilərin Təlimi” və “Ümumi Maarifləndirmə” üzrə təlimlər keçirilib.

Ümumilikdə müharibədən sonrakı dövrdə 200.000-dən çox insan ANAMA PSTM fəaliyyətindən faydalanıb. Dövlət qurumları və özəl müəssisələrin mütəxəssisləri üçün “Təlimçilərin Təlimi” maarifləndirmə proqramı davam etməkdədir.

təlim1 1

təlim3 1

Poliqon.az

Back to top button