ANAMA və BQXK mina təhlükəsi ilə mübarizə sahəsində əməkdaşlığı müzakirə edib

ANAMA və BQXK mina təhlükəsi ilə mübarizə sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Silah və partlayıcı sursatların yaratdığı təhlükələrlə mübarizə şöbəsinin rəhbəri Erik Tollefsen ilə görüş keçirib.

ANAMA-nın Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, görüşdə mina təhlükəsi ilə mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə və minadan zərərçəkənlərə yardım, minaların ətraf mühitə təsirinin azaldılması məqsədilə istifadə olunan innovativ yanaşmalar, habelə Azərbaycanda mina fəaliyyətinin tədrisi üçün yaradılacaq Mükəmməllik Mərkəzinə dair fikir mübadiləsi aparılıb.

Erik Tollefsen Agentliyin fəaliyyətini yüksək qiymətləndirdiyini və bu sahədə bir çox ölkələrin Agentliyin təcrübəsindən yararlanmalı olduğunu vurğulayıb.

Qeyd edək ki, Erik Tollefsen cari ilin 30-31 may tarixlərində Azərbaycanda keçirilmiş 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransının müvafiq panel müzakirələrində “Mina təhlükəsi ilə mübarizə sahəsində texnoloji innovasiyalar: ətraf mühit problemləri” mövzusunda çıxış edib, mina probleminin aradan qaldırılmasının strateji və əməliyyat aspektləri barədə fikirlərini paylaşıb.

CATEGORIES