ANAMA və DİN mina təhlükəsi ilə bağlı vətəndaşlara çağırış edib

ANAMA və DİN mina təhlükəsi ilə bağlı vətəndaşlara çağırış edib

Daxili İşlər Nazirliyi (DİN) və Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) bir daha vətəndaşları məsuliyyətli olmağa və təhlükəli ərazilərə daxil olmamağa çağırır.

DİN-in Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, təhlükəli ərazilərdə hər bir addım ölümcül fəsadlar törədə bilər.

“Aşağıdakı tövsiyələrə riayət edərək mina təhlükəsi ilə mübarizə fəaliyyətinə dəstək olaq:

  • Təhlükəli və bələd olmadığınız ərazilərə daxil olmayın!
  • Yalnız gündəlik işlək yollardan istifadə edin!
  • Yolda və ya cığırda olan maneələrdən ehtiyatlı olun!
  • Naməlum əşyalara toxunmayın!
  • Özünüzü, ailənizi, yaxınlarınızı düşünün!”, – deyə çağırışda qeyd olunub.
CATEGORIES