Anar Eyvazov: Hazırda sərhəddə vəziyyət gərgin olaraq qalır

Son dövrlərlə müqayisədə erməni təxribatları bu gün daha da intensivləşib.
“Poliqon” xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov deyib.
Anar Eyvazov bildirib ki, Ermənistan tərəfi bu gün qəfil hərbi əməliyyatlarla başlayıb: “Kəlbəcər və Laçın rayonlarında ermənilər minaatan, artilleriya və qumbaralardan atəş açıb. Nəticədə iki hərbiçimiz yaralanıb. Onların həyatına təhlükə yoxdur. Silahlı Qüvvələrimiz tərəfindən dərhal təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilib. Sərhəddə vəziyyət gərgin olaraq qalır, əməliyyat üstünlüyü ordumuzdadır”.
Nazirlik rəsmisi qeyd edib ki, xeyli sayda silah-sursat hərbi qənimət kimi ələ keçirilib: “Adekvat tədbirlər görülüb. Hücum tam iflasa uğrayıb. Hazırda sərhəddə vəziyyət gərgin olaraq qalır, əməliyyat şəraiti ordumuzun nəzarəti altındadır”.




