Anar Eyvazov: Rusiya MN-in yaydığı məlumat təccüb və təəssüf doğurur

Anar Eyvazov: Rusiya MN-in yaydığı məlumat təccüb və təəssüf doğurur

Rusiya Müdafiə Nazirliyinin erməni tərəfinə istinadən Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəşin açılması nəticəsində sentyabrın 17-də Şuşa istiqamətində 2 erməni silahlısının yaralanması barədə yaydığı məlumat təəccüb və təəssüf doğurur.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov məlumat verib.

Belə ki, haqqında bəhs olunan hadisə Azərbaycan Müdafiə Nazirliyi nümayəndələrinin və Rusiya Sülhməramlı kontinqentinin rəhbərliyinin birgə iştirakı ilə  araşdırılıb.

Nəticə etibarilə, qeyd olunan tarixdə və göstərilən istiqamətdə Azərbaycan bölmələri tərəfindən hər hansı atəşin açılmadığı təsbit olunub. Hər iki tərəfin iştirakı ilə araşdırılmış məlumatın sonradan tamamilə əks formada təqdim edilməsi anlaşılan deyildir.

Azərbaycan tərəfi üçtərəfli bəyanatın müddəalarına ciddi riayət etməklə Azərbaycanın qanunlarına uyğun olaraq bölgədə sabitliyin təmin edilməsi və mümkün təxribatların qarşısının alınması istiqamətində səylərini davam etdirir.

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş