SərgilərXəbərlər

“ARCA Savunma” şirkəti Estoniyada sursat istehsal müəssisəsi yaradacaq

Türkiyənin “ARCA Savunma” şirkəti ilə Estoniya Müdafiə Nazirliyi arasında SAHA 2026 sərgisi çərçivəsində sursat istehsal müəssisəsinin yaradılmasına dair müqavilə imzalanıb.

“Poliqon” xəbər verir ki, imza mərasimində Türkiyənin milli müdafiə naziri Yaşar Güler, Estoniyanın müdafiə naziri Hanno Pevkur, “ARCA Savunma” İdarə Heyətinin sədri İsmail Terlemez, “ARCA Savunma” İdarə Heyətinin üzvü Özgür Rodoplu və “SAHA İstanbul” İdarə Heyətinin sədri Haluk Bayraktar iştirak ediblər.

Yaşar Güler çıxışında, beş il əvvəl Estoniyada “Otokar” şirkətindən alınan nəqliyyat vasitələrinin imza mərasimində də Hanno Pevkur ilə birlikdə iştirak etdiklərini xatırladıb. O, bu dəfə isə Türkiyənin qabaqcıl müdafiə şirkətlərindən biri olan “ARCA Savunma” ilə estoniyalı tərəfdaşlar arasında belə bir müqavilənin imzalanmasında iştirak etməkdən məmnunluq duyduğunu qeyd edib.

Hanno Pevkur isə Estoniyada istehsal müəssisəsinin qurulmasına dair müqavilənin Türkiyə ilə Estoniya arasındakı əməkdaşlığı daha da dərinləşdirdiyini vurğulayıb və bir çox Türkiyə şirkəti ilə uğurlu əməkdaşlıqlar həyata keçirdiklərini bildirib: “İmzalanan bu müqavilə Estoniya üçün çox böyük sərmayədir. Layihə Estoniyada təxminən 1000 nəfərlik məşğulluq yaradacaq və uzaqmənzilli artilleriya sursatlarının istehsalına başlayacaq “ARCA Savunma” şirkətinə investisiyalarına görə təşəkkür edirəm”.

Back to top button