Xəbərlər

Artak Davtyan Ermənistanın Baş Qərargah rəisi təyin edilib

General-leytenant Artak Davtyan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edilib.

“Poliqon” xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan özünün rəsmi sosial media hesabında bildirib.

N.Paşinyanın sözlərinə görə, bu gündən Artak Davtyan Baş Qərargah rəisi vəzifəsinə başlamış sayılır: “Müvafiq qanuna əsasən Artak Davtyan martın 22-dən Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edildi”.

 

Back to top button