“Artilleriya atəşinin ustaları” müsabiqəsində silah və hərbi texnikaya baxış keçirilib

“Artilleriya atəşinin ustaları” müsabiqəsində silah və hərbi texnikaya baxış keçirilib

“Beynəlxalq Ordu Oyunları-2022″ yarışları çərçivəsində Qazaxıstanda keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqəsində istifadə ediləcək silah və texnikaya baxış keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, Azərbaycanı müsabiqədə təmsil edəcək artilleriyaçılar silah və döyüş texnikası qəbul ediblər, müsabiqəsinin mərhələlərinin keçirilməsi üsullarının məşq etdirilməsinə başlayıblar.

Həmçinin hakimlər heyətinin üzvləri təlim sahəsi ilə tanış olublar.

Qeyd edək ki, “Artilleriya atəşinin ustaları” müsabiqəsi avqustun 24-dək davam edəcək.

Poliqon.az

CATEGORIES
TAGS