“Artilleriya atəşinin ustaları” müsabiqəsinin püşkatma mərasimi keçirilib

“Artilleriya atəşinin ustaları” müsabiqəsinin püşkatma mərasimi keçirilib

“Beynəlxalq Ordu Oyunları – 2022” yarışları çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqəsinin püşkatma mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, püşkatmanın nəticəsinə əsasən komandaların müsabiqənin mərhələ və epizodlarının icrası üzrə sıralanması müəyyənləşdirilib.

Həmçinin, Azərbaycan Ordusunun artilleriyaçıları atıcı silah və təchizatları da qəbul ediblər.

Qeyd edək ki, beynəlxalq müsabiqədə 9 ölkənin komandası mübarizə aparacaq.

Poliqon.az

CATEGORIES