Müdafiə
Arzu Rəhimov Kürdəmirdə vətəndaşları qəbul edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov may ayının 18-də Xidmətin Kürdəmir rayon şöbəsində Hacıqabul, Şirvan, Salyan, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad rayonlarının sakinlərinin qəbulunu həyata keçirəcək.
Qəbula yazılmaq istəyən vətəndaşların 15.05.2017-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan şəhər və rayon şöbələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.



