Arzu Rəhimov Türkiyənin yeni hərbi attaşesi ilə səfərbərlik sahəsində müzakirələr aparıb

Arzu Rəhimov Türkiyənin yeni hərbi attaşesi ilə səfərbərlik sahəsində müzakirələr aparıb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov Türkiyənin Azərbaycandakı hərbi attaşesi general-mayor Zekeriya Yalçın ilə görüşüb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, görüşdə Zekeriya Yalçın iki ölkə arasında hərbi əməkdaşlığın inkişafının yüksək səviyyədə olduğunu bildirib.

Hərbi sahədə əməkdaşlıq, o cümlədən hərbi xidmətə çağırış və səfərbərlik sahəsində təcrübə mübadiləsinin daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Poliqon.az

CATEGORIES
TAGS