Müdafiə
Arzu Rəhimov vətəndaşları qəbul edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Astara rayonunda vətəndaşları qəbul edəcək.
Bu barədə “AzeriDefence”yə Xidmətin mətbuat mərkəzindən məlumat verilib.
Xidmətin Astara rayon şöbəsinin inzibati binasında fevralın 16-da keçiriləcək qəbulda Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbula yazılmaq istəyən vətəndaşların 14.02.2017-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon, şəhər şöbə və bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.



