ASELFLIR-500-ün tuşladığı hədəfləri “Akıncı” məhv edib

ASELFLIR-500-ün tuşladığı hədəfləri “Akıncı” məhv edib

“Akıncı” pilotsuz uçuş aparatı (PUA) ASELSAN şirkətinin inkişaf etdirdiyi ASELFLIR-500 kəşfiyyat, müşahidə və hədəfləmə sistemi ilə ilk uçuş və atış sınaqlarını həyata keçirib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin müdafiə sənayesi başqanı Haluk Görgün özünün “X” hesabında paylaşım edib.

Bildirib ki, “Akıncı” PUA ASELFLIR-500 sistemi ilə ilk uçuşunda hərəkətli dəniz hədəfi də daxil olmaqla ümumilikdə üç hədəfi uğurla vurub.

Sınaq zamanı “Akıncı”ya quraşdırılan ASELFLIR-500 kəşfiyyat, müşahidə və hədəfləmə sistemi əvvəlcə hədəfləri tuşlayıb. Daha sonra “Roketsan” istehsalı MAM-L və MAM-T mini ağıllı sursatları ilə həmin hədəflər məhv edilib. Hədəf kimi ASELSAN şirkətinin hazırladığı “Albatros” insansız katerindən və digər platformalardan istifadə olunub.

CATEGORIES
TAGS