ASELSAN 31.8 milyon dollar dəyərində müqavilə imzalayıb

ASELSAN 31.8 milyon dollar dəyərində müqavilə imzalayıb

Türkiyənin ASELSAN şirkəti adı açıqlanmayan xarici bir ölkə müştərisi ilə dəyəri 31.8 milyon ABŞ dolları olan yeni müqavilə bağlayıb.

“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN şirkətinin İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) təqdim edilən məlumatında bildirilib.

Müqaviləyə əsasən, ASELSAN şirkəti xarici müştərisinin ehtiyaclarını qarşılamaq üçün avionika sistemləri tədarük edəcək.

Müqavilə çərçivəsində ASELSAN sözügedən avionika sistemlərini 2023-2024-cü illərdə sifarişçiyə çatdırmağı planlaşdırıb.

Poliqon.az

CATEGORIES
TAGS