ASELSAN-a CAR-dan termal kamera sifarişi
ASELSAN şirkəti Cənubi Afrika Respublikasına (CAR) termal kameralar satacaq. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə ASELSAN şirkəti mayın 22-də öz saytında məlumat açıqlayıb.
Məlumatda qeyd olunub ki, ASELSAN-ın CAR şöbəsi ilə bu ölkədə fəaliyyət göstərən Advanced Technologies & Engineering Company (ATE) arasında “Saturn M” tipli termal kamera satışına dair müqavilə imzalanıb.
Müqavilənin dəyəri 10 088 400 CAR randı təşkil edir.
Müqavilə üzrə çatdırılmalara 2012-2013-cü illərdə həyata keçiriləcək.
KATEQORIYA: Sənaye