ASELSAN adı açıqlanmayan ölkəyə HHM və rabitə sistemləri tədarük edəcək

ASELSAN adı açıqlanmayan ölkəyə HHM və rabitə sistemləri tədarük edəcək

Türkiyənin ASELSAN şirkəti adı açıqlanmayan beynəlxalq müştəriyə hava hücumundan müdafiə (HHM) və rabitə sistemləri tədarük edəcək.

“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN şirkətinin İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) təqdim edilən məlumatında bildirilib.

Qeyd olunub ki, sözügedən sistemlərin tədarükü ilə bağlı tərəflər arasında ümumi dəyəri 21.4 milyon ABŞ dolları təşkil edən iki ayrı müqavilə imzalanıb.

CATEGORIES
TAGS