Türkiyənin ASELSAN şirkəti Azərbaycan Ordusuna HF radiostansiyaların tədarükü müqaviləsi çərçivəsində sifariş verilən radiostansiyaların çatdırılmasını tamamlayıb. "AzeriDefence"nin məlumatına görə, bu barədə ASELSAN şirkətinin 2019-cu ilin yekunlarına dair hesabatında bildirilib. Hesabatda Azərbaycan Ordusunun AZRA layihəsi üçün milli yönləndiricilərin istehsal edilərək, Azərbaycana ixrac olunduğu qeyd edilib. ASELSAN-ın milli yönləndiricisi onurğa (əsas) və uc nöqtələrdə çalışan modellərdən ibarətdir. IPv4 və IPv6 standartlarına uyğun olan onurğa yönləndirici 48 Gbit / saniyə, uc yönləndirici isə 32 Gbit/saniyə çıxış açarlama sürətinə sahibdir.