Türkiyənin ASELSAN şirkəti 2019-cu ildə Azərbaycanla radioelektron mübarizə sistemlərinin tədarükünə dair müqavilə imzalayıb. "AzeriDefence"nin məlumatına görə, bu barədə ASELSAN şirkətinin 2019-cu ildəki fəaliyyətinə dair hesabatda bildirilib. Məlumatda ötən il Azərbaycanla yanaşı Qazaxıstan, Tunis və Uruqvayla da bənzər sistemlərin çatdırılmasına dair müqavilələrin imzalandığı qeyd olunub. Müqavilədə hansı sistemin ixracı barədə bəhs edilməyib.