
Türkiyənin ASELSAN şirkəti adı açıqlanmayan beynəlxalq müştərilər ilə hərbi təyinatlı məhsulların ixarcına dair müqavilələr imzalayıb.
Bu barədə “Poliqon” İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) istinadən xəbər verib.
Qeyd olunub ki, hava mücumundan müdafiə, radar, elektron müharibə, elektro-optika, avionika və rabitə sistemlərinin ixracı üçün ASELSAN-ın beynəlxalq müştərilərlə imzaladığı müqavilələrin ümumi dəyəri 125,1 milyon ABŞ dolları təşkil edir.




