Xəbərlər
ASELSAN CENKER döyüşçü təchizatının seriyalı istehsalına başladı

Türkiyənin ASELSAN şirkəti tərəfindən hazırlanan CENKER (TEK-ER Komuta Kontrol Bilgi Sistemi) döyüşçü təchizatının seriyalı istehsalına başlanıb.
“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN şirkəti məlumat yayıb.
CENKER təchizatı əməliyyat zamanı hərbi birliklər ilə əsgərlərin rəqəmsal şəbəkə daxilində kəşfiyyat, nəzarət, xəbərləşmə, habelə koordinasiya tələbatını qarşılamaq və personalların döyüş bacarığını artırmaq üçün nəzərdə tutulub.





