ASELSAN hava hücumundan müdafiə sistemini sifarişçiyə təhvil verib

ASELSAN hava hücumundan müdafiə sistemini sifarişçiyə təhvil verib

ASELSAN şirkəti tərəfindən istehsal edilən atəş idarəetmə cihazının (AİC) və modernləşdilmiş yedəkdə daşınan zenit-top komplekslərinin (ZTK) Türkiyə Silahlı Qüvvələrinə tədarükü davam edir.

“Poliqon” ASELSAN-a istinadən xəbər verir ki, Türkiyənin Quru Qüvvələrinin ehtiyacını qarşılamaq məqsədilə istehsal edilən atəş idarəetmə cihazının və modernləşdilmiş zenit-top komplekslərinin növbəti partiyası sifarişçiyə çatdırılıb.

AİC və ZTK-lərin tədarükü, Türkiyənin Müdafiə Sənayesi Başqanlığı (SSB) və ASELSAN şirkəti arasında 2017-ci ildə imzalanmış müqavilə çərçivəsində həyata keçirilir.

35 mm hava hücumundan müdafiə sistemi modernizasiyası və qəlpəli atəş yığımı layihəsi çərçivəsində ASELSAN şirkətinin baş podratçılığı ilə istehsal edilən 7 ədəd AİC və 14 ədəd ZTK-nin qəbul testləri 2021-ci il ərzində tamamlanıb.

SSB və Quru Qüvvələri Komandanlığı tərəfindən yaradılmış qəbul komissiyasının iştirakı ilə keçirilən sınaqlar başa çatdıqdan sonra sistemlər ordu birliklərinə təhvil verilib. Şirkət mütəxəssislərinin sözlərinə görə, qəbul sınaqları zamanı AIC və ZTK-lər, atəş və atış məsafəsi və zavod qəbul sınaqları ilə öz qabiliyyətlərini bir daha sübut ediblər.

Ordu təliminin ən səmərəli şəkildə aparılmasını təmin etmək üçün hazırlanan AİC sisteminin təlim simulyatoru da 2021-ci il ərzində Quru Qüvvələri Komandanlığına təhvil verilib.

Atəş İdarəetmə Cihazı Dəsti mühüm obyektlərin, həmçinin hərbi bazaların aşağı hündürlükdə havadan müdafiəsinin davamlı təmin olunması üçün hazırlanıb. AİC eyni vaxta 3 ədəd zenit top və 1 ədəd “Hisar-A” zenit raket kompleksinin atış və komanda idarəetməsini həyata keçirə bilir.

ASELSAN tərəfindən modernləşdirilmiş və AİC idarəsi altında çalışan 35 mm-lik yedəkdə daşınan zenit topları yenə ASELSAN tərəfindən yaradılmış 35 mm çaplı proqramlaşdırılan qəlpəli atəş yığımlarından atəş açır.

Poliqon.az

CATEGORIES
TAGS