ASELSAN İdarə Heyətinə yeni sədr seçilib

ASELSAN İdarə Heyətinə yeni sədr seçilib

Türkiyənin ASELSAN şirkətinin rəhbər heyətində dəyişikliklər olub.

“Poliqon” ASELSAN şirkətinə istinadən xəbər verir ki, İdarə Heyətinin bu gün keçirilən iclasının ardından ASELSAN-ın yeni İdarə Heyətinin sədri Ercüment Arvas təyin edilib.

Qeyd edək ki, Ercüment Arvasdan əvvəl bu vəzifəni, hazırda Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı olan Prof. Dr. Haluk Görgün icra edib. ASELSAN İdarə Heyətinin sədri və baş direktoru Haluk Görgün SSB başqanı təyin olunduqdan sonra boş qalan yerə Ahmet Akyol ASELSAN-ın baş direktoru təyin edilib.

Bu gün keçirilən iclasından sonra, İdarə Heyəti sədrinin müavini vəzifəsinə Alpaslan Kavaklıoğlu, icraçı direktorlar vəzifəsinə isə Yavuz Çelik və Mustafa Murat Şeker seçilib.

CATEGORIES