ASELSAN ilk Batareya Komanda İdarəetmə Mərkəzlərini Quru Qoşunlarına təhvil verib

ASELSAN ilk Batareya Komanda İdarəetmə Mərkəzlərini Quru Qoşunlarına təhvil verib

Türkiyə Müdafiə Sənayesi Başqanlığı (SSB) ilə ASELSAN arasında 2017-ci ildə imzalanmış 35 mm-lik hava hücumundan müdafiə sisteminin modernləşdiriliməsi və qəlpəli atəş yığımı tədarükü layihəsi çərçivəsində Quru Qoşunları Komandanlığı üçün hazırlanan və kütləvi istehsal edilən Batareya Komanda İdarəetmə Mərkəzinin  (BKİM) ilk partiyasının qəbul testləri tamamlanıb.

ASELSAN-dan “Poliqon”a verilən məlumata görə, sınaqları uğurla tamamlanan Batareya Komanda İdarəetmə Mərkəzləri sifarişçiyə təhvil verilib.

BKİM ən azı üç Atəş İdarəetmə Cihazı (AİC) dəstini bir mənbədən idarə edə bilir. Habelə, Hava Hücumundan Müdafiə Erkən Xəbərdarlıq və Komanda İdarəetmə Sisteminin (HHMEXKİS) komanda idarəetmə elementləri ilə iki tərəfli məlumat əlaqəsi quraraq orta mənzilli radarlarla məlumat və səs xəbərləşməsini yerinə yetirir.

Şirkət mütəxəssislərinin sözlərinə görə, BKİM üst komanda idarəetmə elementləri ilə bağlantısı olmadığı halda, avtonom işləyərək özünə bağlı silah sistemlərinin HHM əməliyyatlarını idarə edə biləcək. Sistem, AİC qrupları və HHMEXKİS arasında bir təbəqə yarada və avtonom əməliyyat qabiliyyəti ilə Quru Qoşunlarının HHM komanda idarəetmə qabiliyyətinə əlavə töhfə verəcək.

Batarya Komuta Kontrol Merkezi BKKM 1536x1159 1

Poliqon.az

CATEGORIES
TAGS