ASELSAN-ın AESA radarı bu il debüt edəcək

ASELSAN-ın AESA radarı bu il debüt edəcək

Türkiyənin ASELSAN şirkəti tərəfindən yerli imkanlarla hazırlanan AESA (aktiv elektron skanedən antenna) radar sistemlərinə dair proqram cədvəli açıqlanıb.

“Poliqon” xəbər verir ki, ASELSAN-ın Radar Sistemləri Mühəndisliyi direktoru Muhamməd Mustafa STG-21-də (“Savunma Teknoloji Günleri”) çıxışı zamanı deyib ki, yerli AESA radarları bu ildən etibarən debüt edəcək.

Bildirilib ki, ASELSAN müəssisəsində hazırda “Akıncı” taktiki pilotsuz uçuş aparatı (PUA), F-16 “Fighting Falcon” döyüş təyyarəsi və MMU milli döyüş təyyarəsi üçün AESA texnologiyasına sahib radarlar hazırlanır.

Bu sistemlərdən “Akıncı” PUA-nın radarı 2021-ci ildə, F-16 döyüş təyyarəsinin radarı 2022-ci ildə, MMU milli döyüş təyyarəsinin AESA radarı isə 2026-cı ildə təhvil veriləcək.

Poliqon.az

CATEGORIES
TAGS