ASELSAN-ın rabitə vasitələri Azərbaycan Ordusunun silahlanmasında – FOTOLAR

ASELSAN-ın rabitə vasitələri Azərbaycan Ordusunun silahlanmasında – FOTOLAR

Ali Baş Komandanın tapşırığına əsasən Azərbaycan Ordusunun rabitə sistemləri imkanlarının inkişaf etdirilməsi məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, sentyabrın 8-də Müdafiə Nazirliyinin rəhbərliyi Rabitə qoşunlarının hərbi hissələrindən birində olub.

Nazirliyin rəhbər heyəti rabitə nəqliyyat vasitələri, texnikaların cari və orta təmiri üçün nəzərdə tutulmuş laboratoriyalar, o cümlədən digər xidməti, inzibati otaqlar və anbarlara baxış keçirib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənova döyüşün idarə edilməsi üçün silahlanmaya yeni qəbul edilmiş müxtəlif növ təkərli nəqliyyat vasitələrinin bazasında quraşdırılmış komanda-qərargah maşınlarının təminatı, təyinatı, döyüş imkanları barədə məruzə edilib.

Müdafiə naziri Azərbaycan Ordusunda rabitə işinin daha da təkmilləşdirilməsi  ilə əlaqədar komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

Qeyd edək ki, Müdafiə Nazirliyi tərəfindən paylaşılan görüntülərdən göründüyü qədər, silahlanmaya yeni qəbul edilmiş xüsusi avadanlıqlar arasında Türkiyəninin ASELSAN şirkətinin istehsalı olan rabitə vasitələri də yer alıb.

f1d6b111991e2a976ac194886d9cf1cd

06cce74546f1c4707e7114c1daa11437

299501030ee4927d6caec177c7fee66f

450265ba997082aa440597296d2fcf48

7cd0bd37dfe23e08b157c74a21a16e6b

Poliqon.az

CATEGORIES
TAGS