ASELSAN-ın ZMA-X insansız döyüş maşını əməliyyat meydanında istifadə üçün hazırdır – VİDEO

ASELSAN-ın ZMA-X insansız döyüş maşını əməliyyat meydanında istifadə üçün hazırdır – VİDEO

ASELSAN şirkətinin inkişaf etdirdiyi ZMA-X insansız və avtonom zirehli döyüş maşını əməliyyat meydanında istifadə üçün hazırdır.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün özünün “X” hesabında bildirib.

Qeyd edək ki, ASELSAN şirkəti Türkiyə Quru Qoşunlarına məxsus müasirləşdirilmiş ZMA-15 zirehli texnikasını insansız sistemə çevirərək ZMA-X məhsulunu hazırlayıb.

ZMA-X, xüsusi dizaynı sayəsində həm insansız, həmdə insanlı istifadəyə imkan verir. O, səhra şəraitinə, palçıqlı, asfalt, çınqıllı və torpaq yollara uyğunluğu ilə seçilir. Qabaqcıl situasiya məlumatlılığına malik zirehli döyüş maşını ASELSAN SARP 100/25 qülləsi ilə təchiz edilib.

Uzaqdan idarə olunma və avtonom hərəkət qabiliyyəti qazandırılmış ASELSAN-ın ZMA-X zirehli döyüş maşını ilk dəfə olaraq “Qış təlimi-2025” çoxmillətli təlimində iştirak edib.

CATEGORIES
TAGS