ASELSAN KORAL sistemi ixrac edib

ASELSAN KORAL sistemi ixrac edib

Türkiyənin ASELSAN şirkəti xarici ölkələrə KORAL mobil radioelektron mübarizə sistemi ixrac edib.

“Poliqon” xəbər verir ki, bu barədə şirkətin Baş direktoru Haluk Görgün mətbuat konfransında bildirib.

Haluk Görgünün sözlərinə görə, KORAL sistemininin ixracı üçün yeni müqavilələr imzalanıb. Baş direktor sistemlərin hansı ölkələrə ixrac edildiyi barədə məlumat verməyib.

Xatırladaq ki, ötən günlərdə İraqın Müdafiə naziri Cuma İnad Saadun Xatab yerli televiziya kanallarından birinə verdiyi açıqlamasında Türkiyədən radioelektron mübarizə sistemlərinin satın alındığını bildirmişdi.

Qeyd edək ki, KORAL mobil radioelektron mübarizə sistemi hərbi taktik maşınlara inteqrasiya edilmiş, geniş dalğa diapazonlarında çalışan Elektron Dəstək Sistemi (KORAL ED) və Elektron Hücum Sistemindən (KORAL ET) ibarətdir.

Hərbi qüvvələrin imkanlarını əhəmiyyətli dərəcədə artıracaq bu sistem radar dalğalarını aşkarlayır, analiz edir, istiqamətini təyin edir. Bu imkanlarına görə KORAL sistemi hədəf ölkələrin hava hücumundan müdafiə sistemlərinə önəmli zərbə vuracaq qabiliyyətə malikdir.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS