ASELSAN modernləşdirilmiş ilk M60T tankını Türkiyə Ordusuna təhvil verib – VİDEO

ASELSAN modernləşdirilmiş ilk M60T tankını Türkiyə Ordusuna təhvil verib – VİDEO

ASELSAN şirkətinin üstün texnologiyaları ilə təchiz edilmiş və əlavə imkanlar qazandırılmış ilk M60T tankı Türkiyə Ordusuna təhvil verilib.

“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN şirkətinin baş direktoru Ahmet Akyol özünün “X” hesabında paylaşım edib.

O bildirib ki, ASELSAN, geniş şəkildə istifadə olunan bütün tank modellərinin modernləşdirilməsi qabiliyyətini qazanıb. Bu çərçivədə şirkət ixrac müqavilələri imzalayır və Türkiyənin yerli tankı olan “Altay”ı  milli sistemlərlə təchiz edir.

“Tanklarımızın əməliyyat meydanında üç əsas göstəricisi olan atəş gücü, sağ qalma qabiliyyəti və hərəkətlilik sistemlərinin imkanlarını daha çox artırmaq üçün mühəndislərimiz gecə-gündüz işləməyə davam edir. Yaxın vaxtlarda bunların da şad xəbərlərini paylaşacağıq”, – deyə Ahmet Akyol qeyd edib.

CATEGORIES
TAGS