ASELSAN Silahlı Qüvvələrə AİC və ZTK-lər çatdırıb – VİDEO

ASELSAN Silahlı Qüvvələrə AİC və ZTK-lər çatdırıb – VİDEO

ASELSAN şirkəti tərəfindən istehsal edilən atəş idarəetmə cihazının (AİC) və modernləşdilmiş yedəkdə daşınan zenit-top komplekslərinin (ZTK) Türkiyə Silahlı Qüvvələrinə tədarükü davam edir.

“Poliqon”un məlumatına görə, bu barədə Türkiyə Müdafiə Sənayesi Başqanlığının mətbuat xidməti (SSB) məlumat yayıb.

SSB başqanı İsmail Dəmir bildirib ki, 35 mm hava hücumundan müdafiə sistemi modernizasiyası və qəlpəli atəş yığımı layihəsi çərçivəsində ASELSAN şirkətinin baş podratçılığı ilə istehsal edilən atəş idarəetmə cihazının və modernləşdilmiş yedəkdə daşınan zenit-top sistemlərinin növbəti partiyası Silahlı Qüvvələrə təhvil verilib.

AİC eyni vaxta 3 ədəd zenit top və 1 ədəd “Hisar-A” zenit raket kompleksinin atış və komanda idarəetməsini həyata keçirə bilir.

Atəş İdarəetmə Cihazı mühüm obyektlərin, həmçinin hərbi bazaların havadan müdafiəsinin davamlı təmin olunması məqsədi ilə hazırlanıb.

ASELSAN tərəfindən modernləşdirilmiş və AİC idarəsi altında çalışacaq 35 mm-lik yedəkdə daşınan zenit topları yenə ASELSAN tərəfindən yaradılmış 35 mm çaplı proqramlaşdırılan qəlpəli atəş yığımlarından atəş açır.

Qeyd eək ki, ASELSAN tərəfindən istehsal edilən atəş idarəetmə cihazının və modernləşdilmiş yedəkdə daşınan zenit-top komplekslərinin ilk partiyası 2020-ci ilin iyun ayında Türkiyə Silahlı Qüvvələrinə çatdırılıb.

Poliqon.az

CATEGORIES
TAGS