ASELSAN şirkəti yaxın vaxtlarda erkən xəbərdarlıq radar sistemini sifarişçiyə təhvil verəcək

ASELSAN şirkəti yaxın vaxtlarda erkən xəbərdarlıq radar sistemini sifarişçiyə təhvil verəcək

ASELSAN şirkəti yaxın vaxtlarda erkən xəbərdarlıq radar (Erken İhbar Radar – EİR) sistemini Türkiyə Silahlı Qüvvələrinə təhvil verəcək.

“Poliqon” xəbər verir ki, bunu “Indo Defence 2022” sərgisi çərçivəsində “Savunmasanayist”in suallarını cavablandıran ASELSAN şirkətinin baş direktoru Haluk Görgün deyib.

Haluk Görgün bildirib ki, bu radar sisteminin artıq son sınaqları keçirilir və yaxın zamanalarda Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil ediləcək.

İndoneziyanın paytaxtı Cakarta şəhərində keçirilən “Indo Defence 2022” sərgisi ilə bağlı da fikirlərini bölüşən Haluk Görgün qeyd edib ki, Türkiyə İndozneziyaya silah ixrac edən azsaylı ölkələrdəndir. ASELSAN da İndoneziyaya silah ixrac edən Türkiyə şirkətləri arasında yer alır.

“Biz burada dəniz sistemlərindən 8 ədəd SMASH verdik. Onlardan 4 ədədini təhvil vermişik, 4-ü isə hazırda təhvil verilir. Sualtı qayıqlar üçün ZARGANA və ZOKA məhsullarımızı verdik. Burada yerli bir şirkət ilə birlikdə rabitə cihazları üçün texnologiya transferi məsələsində əldə etdiyimiz razılaşmalar var.

İHTAR da bu bazarda olan məhsullarımızdan biridir. Ölkə xaricinə ixrac edilən “001” nömrəli ilk İHTAR-ı İndoneziya aldı. Hətta bu İHTAR, buradakı müdafiə sənayesi sərgisi çərçivəsində də istifadə olunur”, – deyə Haluk Görgün vurğulayıb.

Poliqon.az

CATEGORIES
TAGS