TexnologiyaAselsanXəbərlər

ASELSAN superkeçirici QPU layihəsi üzrə ilk müqavilələri imzalayıb

ASELSAN şirkətinin baş podratçı qismində iştirak edəcəyi “Superkeçirici Kvant Prosessor Vahidi (QPU) İnkişaf Layihəsi” çərçivəsində ilk müqavilələr imzalanıb.

“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN-ın baş direktoru Ahmet Akyol özünün “X” sosial şəbəkə hesabında paylaşım edib.

Məlumata görə, ASELSAN 2021-ci ildən üzərində çalışdığı və gələcəyin texnologiyalarını formalaşdıracaq kvant texnologiyaları sahəsində daha bir strateji addım atıb.

Bildirilib ki, layihə çərçivəsində hazırlanacaq superkeçirici QPU-ların istehsalı Türkiyənin ilk superkeçirici istehsal müəssisəsində həyata keçiriləcək.

Qeyd olunub ki, “Superkeçirici Kvant Prosessor Vahidi (QPU) İnkişaf Layihəsi” çərçivəsində kvant kompüterlərinin “ürəyi” hesab edilən QPU-lar Türkiyədə yerli və milli imkanlar hesabına layihələndirilərək istehsal ediləcək. Bununla da gələcəyin texnologiyaları sahəsində xarici asılılığın azaldılması və ölkədə qabaqcıl tədqiqat-inkişaf infrastrukturunun formalaşdırılması hədəflənir.

ASELSAN layihə üzrə TÜBİTAK Milli Metrologiya İnstitutu, Koç Universiteti və Sabancı Universiteti ilə əməkdaşlıq edəcək.

Back to top button