ASELSAN Türkiyə Silahlı Qüvvələrinə 556 milyon dollarlıq hərbi məhsul tədarük edəcək

ASELSAN Türkiyə Silahlı Qüvvələrinə 556 milyon dollarlıq hərbi məhsul tədarük edəcək

ASELSAN şirkəti Türkiyə Silahlı Qüvvələrinə hərbi təyinatlı məhsullar tədarük edəcək.

“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN şirkətinin İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) təqdim edilən məlumatında bildirilib.

Qeyd edilib ki, sözügedən hərbi məhsulların tədarükü ilə bağlı Türkiyənin Milli Müdafiə Nazirliyi və ASELSAN arasında 556.5 milyon ABŞ dolları dəyərində müqavilə imzalanaraq qüvvəyə minib.

CATEGORIES
TAGS