ASELSAN Türkiyənin Jandarma Qüvvələrinə KGYS sistemləri tədarük edəcək

ASELSAN Türkiyənin Jandarma Qüvvələrinə KGYS sistemləri tədarük edəcək

Türkiyənin Müdafiə Sənayesi Başqanlığı (SSB) ilə ASELSAN şirkəti arasında Süni İntellekt Dəstəkli Jandarma KGYS (J/KGYS) Layihəsi icrası üçün 1,049 milyard Türk lirəsi (57 milyon ABŞ dolları) dəyərində müqavilə imzalanıb.

“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN şirkətinin İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) təqdim edilən məlumatında bildirilib.

Müqaviləyə əsasən, ASELSAN şirkəti Türkiyənin Jandarma Baş Komandanlığının ehtiyaclarını qarşılamaq üçün J/KGYS Süni İntellekt Dəstəkli Jandarma Layihəsi çərçivəsində KGYS şəhər təhlükəsizliyi idarəetmə sistemləri hazırlayacaq.

Kamera və qeyd sistemləri Jandarma Qüvvələrinin xidməti fəaliyyət sahəsinə daxil olan 25 əyalət və 109 rayondakı 1650 nöqtədə quraşdırılacaq. Buradan ötürülən görüntülər simsiz əlaqə sistemlərinin vasitəsi ilə mərkəzi sistemə yönləndirilərək süni intellekt əsaslı proqram təminatı tərəfindən anazliz ediləcək. Beləliklə həm cinayət əməllərinin qarşısı alınacaq, həm də onu törədənlərin kimliyinin müəyyənləşdirilməsi asanlaşacaq.

KGYS şəhər təhlükəsizliyi idarəetmə sistemlərinin 2023-2024-cü illərdə Jandarma Qüvvələrinə təhvil verilməsi planlaşdırılıb.

 

Adsiz 1 e1663747262469

Poliqon.az

CATEGORIES